• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qoturluq yayılıb, apteklərdə dərmanı belə tapılmır - AÇIQLAMA

CƏMİYYƏT

02 Noyabr 2023 | 12:00

Qoturluq yayılıb, apteklərdə dərmanı belə tapılmır - AÇIQLAMA

Son zamanlar insanların səhhəti ilə bağlı yaşadığı ən geniş yayılmış problemlərdən biri də qoturluq gənəsidir. Belə ki, qotur olan insanların sayı artır, əhali qorxuya düşür. Əlavə olaraq, bir çox insan bunun mağazalarda paltar geyinib soyunarkən yayıldığını düşünür.

Qoturluq gənəsinin artma səbəbi nədir, necə qorunaq?

Dermatoloq Fərhad Qarayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qoturluq gənəsi əvvəllər daha çox yayılmışdı. Onun sözlərinə görə, qoturluq gənəsi yayılan bütün ocaqlar dezinfeksiya edilməlidir. Mağazalarda qoruyucu tədbirlərin aparılması inadırıcı deyil.

Həkim qeyd edib ki, xəstəliklə bağlı xüsusi qeydiyyat aparıla bilər: “Hər qoturlu xəstə qeydiyyata düşsə, yaxşı olar. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu işlə məşğuldur. Onlar qeydiyyat apardıqdan sonra ev dezinfeksiya olunmalı, nəzarətdə saxlanılmalıdır”.

F.Qarayev hazırda qeydiyyat aparılıb-aparılmadığını bilmədiyini deyib: “Ancaq praktikada görürük ki, artıb. İnsanlar özləri də qotur xəstəliyinin artdığının fərqindədir”.

Fərhad Qarayev: Hər qoturlu xəstə qeydiyyata düşsə, yaxşı olar

Müsahibimiz hesab edir ki, bunun qarşısının alınması üçün televiziyada reklamlar ola bilər: “Qoturluq gənəsinə yoluxanlar reklamdakı nömrə ilə əlaqə saxlasınlar ki, özləri gəlib baxsın. Bu edilmirsə, müvafiq orqanlar nəzarət etməlidirlər”.

“Qoturluq gənəsi, həqiqətən, çox yayılıb. Hətta bir ara apteklərdə qoturluq gənəsinə qarşı dərman tapılmırdı”, - deyə Fərhad Qarayev əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026