• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xəzər dənizində ekoloji monitorinqlərə başlanıldı

CƏMİYYƏT

04 Aprel 2023 | 11:36

Xəzər dənizində ekoloji monitorinqlərə başlanıldı

"Milli Qəhrəman Əlif Hacıyev" elmi-tədqiqat gəmisi aprelin 4-də Xəzər dənizinin Azərbaycan bölməsində növbəti kompleks ekoloji monitorinqlərin aparılması üçün səfərə çıxıb.

Bu barədə Bakıvaxtı.az-a Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov, ekspedisiya qrupunun rəhbəri məlumat verib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirlikləri, Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu aprelin 14-dək dənizdə kompleks tədqiqatlar və monitorinqlər keçirəcək: “Monitorinqlər zamanı 19 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos və hava nümunələri götürüləcək, hidrometeoroloji ölçmələr aparılacaq və biomüxtəliflik tədqiq ediləcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026