Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Bakıvaxtı.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 11:45-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3,7, dərinliyi isə 59 km olub.















