• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sabah bu küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

CƏMİYYƏT

25 Iyun 2022 | 11:47 | Müəllif: Subhan Mahmudov

Sabah bu küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru, mayor Araz Əsgərli Bakıvaxtı.az-a bildirib ki, 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq:

"Bununla əlaqədər olaraq Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi; Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli; Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı; Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti; Nərimanov heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank istiqamətlərində şəxsi minik maşınlardan istifadə etmək tövsiyə olunmur. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün vacibdir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR