• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Xırdalanda intihara cəhdin qarşısı alındı - FOTOLAR

HADİSƏ

02 Sentyabr 2024 | 22:05 | Müəllif: Subhan Mahmudov

Xırdalanda intihara cəhdin qarşısı alındı - FOTOLAR

Bu gün axşam saatlarında intihara cəhd hadisəsi olub. Belə ki, bir nəfər vətəndaş Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində eyvana çıxaraq  intihara cəhd edib. 

Bakıvaxtı.az xəbər verir ki, bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər. 

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin  xilasediciləri cəlb olunub. 

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1980-cı il təvəllüdlü Eldəniz Babazadə onsəkkizmərtəbəli binanın 18-ci mərtəbəsində eyvana çıxaraq  intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində E.Babazadə  intihar etmək niyyətindən çəkinib və o,  xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.


Xırdalanda intihara cəhdin qarşısı alındı - FOTOLARXırdalanda intihara cəhdin qarşısı alındı - FOTOLARXırdalanda intihara cəhdin qarşısı alındı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026