• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xocalıda aşkarlanan çətənə kolu bu növdəndir - DİN-dən AÇIQLAMA

CƏMİYYƏT

02 Oktyabr 2023 | 15:22

Xocalıda aşkarlanan çətənə kolu bu növdəndir - DİN-dən AÇIQLAMA

“Xocalıda aşkarlanan çətənə kolu sativa növüdür və dünya bazarında daha çox alınır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, antiterror tədbirləri keçirilənə və ondan əvvəlki vaxta qədər Xocalıda 100 hektardan çox ərazidə aşkarlanan kultivasiya üsulu ilə əkilmiş çətənə plantasiyasına ciddi şəkildə qulluq edilib: “Mütəxəssislər hesab edirlər ki, həmin bu natkotik vasitə yəni, çətənə kolu sativa növüdür. Bu sativa növü dünya bazarında daha çox alınan və təlabata ehtiyacı olan növdür. Qara bazarda bunun qiyməti, Azərbaycan qiymətləri ilə müqayisədə marixauana formasında qurudulmuş çəkisinin 1 kq 8-10 min manat arasında dəyişir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026