• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Nazirlik mövsümi virusla bağlı MÜRACİƏT ETDİ

CƏMİYYƏT

01 Noyabr 2023 | 15:16

Nazirlik mövsümi virusla bağlı MÜRACİƏT ETDİ

Viruslar ən çox qapalı, insanların çox olduğu mühitlərdə yayılır.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Tərlan Əyyubov deyib. O bildirib ki, tədrisin başlaması ilə havaların soyuması eyni vaxta düşdüyü üçün belə qeyd edilən mühitlərdə yoluxma halları artır:

“Tez-tez burun tutulması, burunaxması, boğazın qıcıqlanması, ağrıması virusa yoluxmanın ilkin əlamətlərindəndir. Bu orqanizmin müdafiə funksiyasıdır. Orqanzim selikli qişanı təmizləmək üçün öskürmə, qıcıqlanma ilə büruzə verir. Bütün viruslar qızdırma vermir. Rinovirusa yoluxan şəxslərdə temperaturun yüksəlməsi olmur. Lakin qripə yoluxma zamanı bütün orqanizm reaksiya ilə cavab verir. Bu baxımdan qrip rinovirusdan daha ağırdır”.

Həkim virusa yoluxmadan qorunmaq üçün gigiyena qaydalarına əməl etməyin əhəmiyyətini vurğulayıb:

“Virusa yoluxmadan qorunmaq üçün əsas şərt gigiyenadırsa, digər şərt də otaqların havalandırılmasıdır. Bəzən qapı-pəncərəni bərk-bərk bağlayırlar ki, soyuq olmasın. Lakin bu, yolverilməzdir. Havanı nəmli saxlamaq lazımdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026