“Bu yaxınlarda eşitdim ki, bir film çəkilib. Filmdə mənim verilişimin icazəsiz görüntüləri, hətta mənim də icazəsiz görüntülərim yayımlanıb”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişində deyib.
O, Mədəniyyət Nazirliyindən gileylənib və onlardan təzminat alacağını bildirib:
“Qanuna hörmət etmək birinci növbədə mədəniyyətdir, ikinci növbədə isə, “Səni axtarıram”da müəlliflik hüququ var. Sən nə edirsən? Hansısa nazirliyin dəstəyi ilə. Daha yaxşı, nazirliyimizin büdcəsində çox pul var. Bir az da mənim haqq və hüququma ödəyər. Bundan sonra bilərlər ki, kimə pulu ödəmək lazımdır”.
Ziyafət Əlisoy
















