• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yaponiyadan Rusiyaya SANKSİYA

DÜNYA

26 Sentyabr 2022 | 11:34 | Müəllif: Subhan Mahmudov

Yaponiyadan Rusiyaya SANKSİYA

Yaponiya hökuməti Rusiyadan daha 21 təşkilatı sanksiyalar siyahısına daxil etmək qərarına gəlib. Həmçinin kimyəvi silahlarla əlaqəli ola biləcək malların Rusiya Federasiyasına ixracına qadağa qoyulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

Xüsusilə, “Moselektronproekt” ASC, “Etalon” elmi-istehsal birliyi, ASC “Energia” səhmdar cəmiyyəti və s. “qara siyahı”ya daxil edilib.

Bundan əvvəl Yaponiyanın daha 20 rusiyalıya qarşı sanksiya tətbiq etdiyi məlum olub. Onların arasında iş adamları ilə yanaşı, məmurlar da olub. Ölkə yeni məhdudiyyətləri Ukrayna hadisələri ilə bağlı tətbiq edib.

Yaponiya hökuməti bu vaxta qədər Rusiyadan 398 nəfər və 28 təşkilata qarşı əlavə sanksiyaların tətbiqini təsdiqləyib. Rusiya Federasiyası Dövlət Dumasının deputatları da məhdudiyyətlərə məruz qalıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026