• Bakı 23° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Baydenlə Rişi Sunak arasında telefon danışığı oldu

DÜNYA

26 Oktyabr 2022 | 10:25

Baydenlə Rişi Sunak arasında telefon danışığı oldu

ABŞ Prezidenti Co Baydenlə Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak arasında telefon danışığı olub

Bakıvaxtı.az xəbər verir ki,  Prezident Bayden Baş nazir təyinatı münasibətilə Rişi Sunakı təbrik edib. Co Bayden Böyük Britaniyanın ABŞ-ın ən yaxın müttəfiqi olaraq qaldığını söyləyib.

Onlar Ukrayna xalqını dəstəkləməkdə iki ölkənin oynadığı aparıcı rol və Putinin bu müharibədə uğursuzluğa düçar olmasının təmin edilməsi haqqında danışıblar.

Liderlər İndoneziyada keçiriləcək G20 Sammitində şəxsən görüşməyi səbirsizliklə gözlədiklərini bildiriblər. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026