• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Yardımlıda qumbara və avtomat tapıldı

CƏMİYYƏT

22 Yanvar 2024 | 16:11

Yardımlıda qumbara və avtomat tapıldı

Yardımlıda dərədə silah-sursat aşkarlanıb.

Yardımlı Rayon Polis Şöbəsinə rayonun Ərsilə kəndi ərazisindəki dərədən silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd "AK-74" markalı avtomat, həmin silaha aid 5 ədəd daraq, 300 ədəd patron və 1 ədəd əl qumbarası aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR