• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yaroslav Kaçinski tutduğu vəzifələrdən istefa verdi

DÜNYA

21 Iyun 2022 | 12:55

Yaroslav Kaçinski tutduğu vəzifələrdən istefa verdi

Polşanın hakim “Həqiqət və ədalət” Partiyasının sədri, Nazirlər Şurası sədrinin müavini, Milli Təhlükəsizlik və Müdafiə Məsələləri üzrə Komitənin sədri Yaroslar Kaçinski istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

“İstefa ərizəmi Baş nazirə təqdim etdim. Prezident Ancey Duda artıq istefamı qəbul edib”, - Y.Kaçinski deyib.

Boş qalan vəzifəni müdafiə naziri Mariuş Blaşak tutacaq.

Xatırladaq ki, 72 yaşlı Kaçinski 2020-ci ildən bu vəzifələri tuturdu. 2003-cü ildən etibarən hakim partiyaya rəhbərlik edən Yaroslav Kaçinski Smolensk yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olmuş Polşanın sabiq Prezidenti Lex Kaçinskinin əkiz qardaşıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026