• Bakı 9° C

    0.35 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Yaşlı kişi tüstüdən boğulub öldü

HADİSƏ

14 Fevral 2022 | 23:20 | Müəllif: Subhan Mahmudov

Yaşlı kişi tüstüdən boğulub öldü

Oğuz rayonunda ahıl kişi tüstüdən boğulub.

Bakıvaxtı.az "report"-a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Kərimli kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1948-ci il təvəllüdlü Tofeq Abdulla oğlu Babayev yaşadığı evdə tüstüdən zəhərlənərək ölüb. T.Babayevi huşsuz vəziyyətdə qonşusu aşkarlayıb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz Rayon Şöbəsinə təhvil verilib. Məlumata görə, tüstülənmə evdəki odun sobasında baş verib. T.Babayev evdə tək yaşayıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026