• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İranlı sürücü Bakıda qəza törətdi - 3 nəfər öldü

HADİSƏ

16 Mart 2022 | 11:03

İranlı sürücü Bakıda qəza törətdi - 3 nəfər öldü

Bakıda İran vətəndaşının törətdiyi yol qəzası nəticəsində 3 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə ötən gün saat 19:00 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Qaradağ rayonu Sahil qəsəbəsindən keçən ərazidə baş verib. Yolun 28.5 km-də “Hovo” markalı yük avtomobilin qarşıda eyni istiqamətdə yolun sağ tərəfi ilə hərəkət edən “QAZ” markalı mikavtobusla toqquşub. Nəticədə “QAZ” avtomobilində olan 3 sərnişin hadisə yerində ölüb, sürücü isə xəsarət alıb.

Yük maşınının sürücüsünün İran vətəndaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026