• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xaçmazda 12 yaşlı məktəbli yelləncəyin ipində boğulub

HADİSƏ

14 Aprel 2022 | 19:54 | Müəllif: Subhan Mahmudov

Xaçmazda 12 yaşlı məktəbli yelləncəyin ipində boğulub

Xaçmaz rayonunda 12 yaşlı məktəblinin boğazına yelləcəyin ipi dolaşaraq uşağı boğub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Niyazoba kəndində qeydə alınıb.

Belə ki, Niyazoba kənd sakini, 2010-cu il təvəllüdlü Fərid Emin oğlu Cəbrayılov yaşadığı ərazidə yelləncəkdə oynayarkən ehtiyatsızlıqdan yelləncəyin ipi onun boğazına dolaşıb. Uşaq hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026