• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

MN azad edilmiş ərazilərdə bu qədər mina zərərsizləşdirib

HADİSƏ

15 Aprel 2022 | 09:53

MN azad edilmiş ərazilərdə bu qədər mina zərərsizləşdirib

Müdafiə Nazirliyi (MN) tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən cari ilin 1-14 aprel tarixləri ərzində MN mühəndis qoşunlarının xüsusi bölmələri tərəfindən Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocalı və Xocavənd rayonları üzrə 492.06 ha ərazi təmizlənmiş, 71 ədəd PHS aşkarlanıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun iclasında bildirilib.

Qeyd olunub ki, təsdiq edilən tədbirlər planına əsasən sifariş olunan layihələrdən 19-u artıq yekunlaşıb, 14 layihə üzrə isə işlərin davam etdirilir.

Ümumilikdə, MN tərəfindən 15 026 ha ərazinin mina və partlayıcı sursatlardan təmizlənməsi, 17 635 ədəd mina və PHS-in zərərsizləşdirilməsi vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR