"Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi artıq yaradılıb və qeyri-rəsmi açılış mərasimi də olub".
Bakıvaxtı.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev İstanbulda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müxtəlif ölkələrin təcrübəsi öyrənilib və Azərbaycana uyğun format müəyyən edilib:
"Yaxın günlərdə mərkəzin rəsmi açılışı olacaq". /APA
















