• Bakı 12° C

    11.45 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yaxşılıq etdi, öldürüldü - VİDEO

CƏMİYYƏT

03 Fevral 2024 | 13:43

Yaxşılıq etdi, öldürüldü - VİDEO

Türkiyənin İzmir şəhərində baş verən cinayət hadisəsi ölkənin gündəminə çevrilib.

Bakıvaxtı.az "Takvim"ə istinadla xəbər verir ki, taksi sürücüsü Oğuz Erge yol kənarında dayanan şəxsi soyuqda üşüməsin deyə, avtomobilinə əyləşdirib.

Arxa oturacaqda oturan şəxs isə sürücüyə tapança ilə atəş açaraq onu ağır yaralayıb. Avtomobildən düşən sərnişin güllələdiyi kişiyə “heç kimə inanmayacaqsan, dayı” deyib.

Cinayətkarın bu davranışı Türkiyədə “yaxşılığı öldürdü” başlığı ilə medianın gündəmini zəbt edib.

Qeyd edək ki, fevralın 1-də ağır yaralanan O.Erge bu gün dünyasını dəyişib. O, iki uşaq atası idi.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026