• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Yeni təyinatından sonra Rövnəq Abdullayevdan ilk AÇIQLAMA

CƏMİYYƏT

10 Fevral 2022 | 16:57

Yeni təyinatından sonra Rövnəq Abdullayevdan ilk AÇIQLAMA

Bu gün Prezident İlham Əliyev Rövnəq Abdullayevi SOCAR prezidenti vəzifəsindən azad edərək iqtisadiyyat nazirinin müavini təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən sərəncamla bağlı Dövlət Neft Şirkətinin sabiq prezidenti Rövnəq Abdullayev "Unikal"a açıqlama verib:

"Cənab Prezident İlham Əliyev məni Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edərək, iqtisadiyyat nazirinin müavini təyin edib. Prezidentin sözügedən sərəncamını yüksək qiymətləndirirəm. Buradakı işimə yeni təyin olunduğum üçün geniş açıqlama verə bilməyəcəm".

Qeyd edək ki, R.Abdullayev 2005-ci ildən SOCAR-ın prezidenti idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026