• Bakı 20° C

    6.54 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Yeni yaradılan agentliyin sədri kimdir? - DOSYE

CƏMİYYƏT

30 Mart 2023 | 15:22

Yeni yaradılan agentliyin sədri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

    “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

    Prezidentin sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

    Qeyd edək ki, Mikayılov Zaur Rauf oğlu Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.

    Zaur Mikayılov "Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.

    2001–2009-cu illər ərzində "Bakcell" MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.

    Daha sonra Zaur Mikayılov "PAŞA Construction" tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, "Port Baku Towers"in baş direktoru olub.

    "Bravo" supermarketlər şəbəkəsinə rəhbərlik etməmişdən öncə isə Zaur Mikayılov "Agro Dairy" MMC-də baş direktor vəzifəsini tutub. Adıçəkilən şirkət "PAŞA Holdinq"in strukturuna daxildir.

    2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

    Aytac Aslan


    SON XƏBƏRLƏR

    24 Aprel 2024