• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Yevlax polisindən əməliyyat: saxlanılanlar var

CƏMİYYƏT

22 Mart 2022 | 13:51 | Müəllif: Subhan Mahmudov

Yevlax polisindən əməliyyat: saxlanılanlar var

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri – Razi Cəfərov, Tural Rəcəbov və Murad Musayev saxlanılıblar. R.Cəfərovun evinə baxış zamanı 102 qramdan artıq heroin və 200 qrama yaxın marixuana aşkar edilərək götürülüb. T.Rəcəbovun evinə baxış keçirilərkən 28 qrama yaxın metamfetamin və marixuana, M.Musayevdən də külli miqdarda metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və adıçəkilən barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026