• Bakı 9° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Yevlax sakinlərindən 20 ov silahı götürüldü

HADİSƏ

31 Iyul 2024 | 08:56 | Müəllif: Qalib İbrahimoğlu

Yevlax sakinlərindən 20 ov silahı götürüldü

Yevlaxda rayon sakinlərindən qanunsuz silahlar aşkarlanaraq götürülüb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərində olan qanunsuz silahların yığılması istiqamətində tədbirlər davam etdirilir. Son aylarda keçirilən tədbirlərlə müvafiq sənədləri olmayan 20 ov silahı aşkarlanaraq götürülüb.

Bundan əlavə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində mülki silahın saxlanılması və daşınması ilə bağlı qayda pozuntusuna yol verən 8 nəfər də müəyyən edilib.

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR