• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Yol hərəkəti qaydalarını pozan sürücülər saxlanıldı

HADİSƏ

18 Noyabr 2022 | 11:53

Yol hərəkəti qaydalarını pozan sürücülər saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qadağan olunmuş səs siqnallarından, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək görməni məhdudlaşdıran vasitələrdən istifadə edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.

Bundan başqa, monitorinq zamanı dəfələrlə barəsində tədbir görülməsinə baxmayaraq özünəməxsus avtomobilin dövlət qeydiyyat nişanını müxtəlif vasitələrlə gizlədən sürü bu dəfə də məsuliyyətə cəlb edilib.

Polis əməkdaşları tərəfindən sürücülərlə profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.


Yol hərəkəti qaydalarını pozan sürücülər saxlanıldıYol hərəkəti qaydalarını pozan sürücülər saxlanıldıYol hərəkəti qaydalarını pozan sürücülər saxlanıldıYol hərəkəti qaydalarını pozan sürücülər saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026