• Bakı 10° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yol qəzasında həlak olan hərbçimiz Zərdabda dəfn edildi - YENİLƏNİB

CƏMİYYƏT

14 Sentyabr 2023 | 12:22

Yol qəzasında həlak olan hərbçimiz Zərdabda dəfn edildi - YENİLƏNİB

Azərbaycan Ordusunun çətin relyefli dağlıq ərazidə baş verən yol qəzasında həlak olan hərbçisi Taleh Əliyev dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, mərhum Zərdab rayonunun Gödəkqobu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə hərbçinin ailə üzvləri, Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

09:17

Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Əliyev Taleh Saleh oğlunun nəşi doğulduğu Zərdab rayonunun Gödəkqobu kəndinə gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, hazırda onunla vida mərasimi keçirilir.

Mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Vida mərasimindən sonra onun Gödəkqobu kənd qəbiristanlığında torpağa tapşırılması nəzərdə tutulur.

Qeyd edək ki, mərhum Taleh Əliyev 10 ilə yaxın idi ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmət edirdi. Evli idi, iki qız övladı var.

Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026