Azərbaycan kikboksçusu Zabit Səmədovun vida döyüş gecəsinə start verilib.
Bakıvaxtı.az-ın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən və Almaniyanın "Mix Fight Championship" təşkilatının təşkil etdiyi döyüş gecəsində ilk olaraq rinqə 72,5 kq çəki dərəcəsində kikboksçular çıxıb.
Kristian Baya (Niderland) 3 raundun yekununda Seyfulla Xambaxadovdan (Rusiya) üstün olub.
Qeyd edək ki, Zabit Səmədov vida döyüş gecəsində braziliyalı sabiq UFC döyüşçüsü, "Yekəayaq" ləqəbli Antonio Silva ilə qarşılaşacaq. Bu döyüşün təxminən saat 23:00-da başlayacağı gözlənilir.





jpg-1665409539.webp)










