• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Zabuxda su anbarı tikiləcək

CƏMİYYƏT

16 Noyabr 2022 | 19:23 | Müəllif: Subhan Mahmudov

Zabuxda su anbarı tikiləcək

2026-cı ilə qədər Laçın rayonunun Zabux kəndində su anbarının tikintisi nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.

İşi “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC icra edəcək. Digər icraçılar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı Nazirliyidir.

Zabuxçay su anbarının və ondan ayrılan magistral boru xətlərinin layihə sənədləri əsasında tikinti işlərinin aparılması, Qubadlı və Zəngilan rayonları ərazisində 12100 ha torpaq sahəsinin suvarma suyu ilə təmin olunması planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026