• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Zakir Həsənov Cuanşer Burçuladze ilə görüşdü - FOTOLAR

CƏMİYYƏT

21 Dekabr 2022 | 14:08

Zakir Həsənov Cuanşer Burçuladze ilə görüşdü - FOTOLAR

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 21-də Türkiyədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

MN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, ikitərəfli görüşdə ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyi qeyd edilib, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyi bildirilib.

Tərəflər Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayıblar.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif sahələri üzrə ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Zakir Həsənov Cuanşer Burçuladze ilə görüşdü - FOTOLARZakir Həsənov Cuanşer Burçuladze ilə görüşdü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026