Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, bunu V.Zelenski tviterdə yazıb.
Telefon danışığı zamanı G7 ölkələrinin iclasında Ukrayna liderinin çıxışı barədə razılığa gəlinib:
“Mən orada Rusiyanın terror aktları barədə danışacağam”, - V.Zelenski söyləyib.
V.Zelenski ilə Şolts, həmçinin Rusiyaya təzyiqin artırılması və Ukraynada yenidənqurma işləri barədə fikir mübadiləsi aparıblar.
















