• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Zəlzələ 10 saniyədən artıq çəkib - Qurban Yetirmişli

CƏMİYYƏT

04 Iyul 2023 | 11:23 | Müəllif: Qalib İbrahimoğlu

Zəlzələ 10 saniyədən artıq çəkib - Qurban Yetirmişli

“Gecə baş verən zəlzələ 10 saniyədən artıq çəkib".

Bakıvaxtı.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli gecə baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan zəlzələ zonasıdır və zəlzələlər həmişə gözlənilir: "Amma zəlzələ ilə bağlı proqnoz vermək mümkün deyil".

Q.Yetirmişli qeyd edib ki, narahatlıqların qarşısını almağın bir yolu var: "O da dağıdıcı zərbənin qarşısını almaq üçün tikililərin standartlara cavab verməsidir”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026