• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zəlzələyə görə məktəbdən şagirdlər evə göndərilir? - RƏSMİ

CƏMİYYƏT

07 Dekabr 2023 | 09:12

Zəlzələyə görə məktəbdən şagirdlər evə göndərilir? - RƏSMİ

"Bəzi məktəblərdən valideynlərə xəbər göndərilib. Zəlzələnin daha böyük bir dalğası olacağı ehtimalı ilə şagirdləri evə göndərirlər".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Elyar İslamoğlu sosial şəbəkədə paylaşım edib.

Bakıvaxtı.az məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərib.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, bu haqda məlumat daxil olmayıb

Valideynlər isə bunun əlsini söyləyirlər. Onlar övladlarının zəlzələ qorxusu ilə əlaqədar olaraq evə göndərildiyini bildirirlər.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitidası 5.6 olan zəlzələ baş verib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.

Zəlzələ ocağının dərinliyi 68 km olub..

Yeraltı təkanın episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026