Əməkdar artist Cavanşir Məmmədov illər əvvəl başına gələn hadisədən danışıb.
Bakıvaxtı.az xəbər verir ki, müğənni "Ümid ilə gəl" proqramında həmkarlarından birinin onun ailəsini dağıtmaq istədiyini deyib:
"32 il əvvəl müğənnilərdən biri həyat yoldaşıma zəng edib deyib ki, ərin Cavanşirdən hamiləyəm. Həyat yoldaşım isə həmin müğənni qadına cavab olaraq söyləyib ki, hamiləsənsə mənə yox, ərim Cavanşirə zəng elə. Məndən yox amma başqa bir kişidən həqiqətən də həmin müğənni qadın hamilə idi".





jpg-1668416337.webp)










