• Bakı 24° C

    1.77 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

30 yaşlı kişi bıçaqlandı
HADİSƏ
13 Avqust 2025 | 09:33

30 yaşlı kişi bıçaqlandı

Mingəçevirdə mübahisə qanla yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına hadisə şəhərin Nizami küçəsində baş verib.

Belə ki, Yevlax rayon sakini, 2004-cü il təvəllüdlü  Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü İbrahim Tahirinin döş nahiyəsinə bıçaqla xəsarətlər yetirib. Yaralı Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.


SON XƏBƏRLƏR

13 Avqust 2025