• Bakı 24° C

    1.77 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

ABŞ-dən İran və Rusiyaya XƏBƏRDARLIQ - Zəngəzur dəhlizinə mane olmağa çalışsalar...
DÜNYA
13 Avqust 2025 | 09:36

ABŞ-dən İran və Rusiyaya XƏBƏRDARLIQ - Zəngəzur dəhlizinə mane olmağa çalışsalar...

ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus İran və ya Rusiya "Tramp marşrutu"na (Zəngəzur dəhlizi) mane olmağa çalışsalar, ABŞ-ın hansı addımları atacağı ilə bağlı sualı cavablandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.

"Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə spekulyasiya etmək fikrində deyiləm. Bütün dünya bilir ki, Prezident Trampı ciddi qəbul etmək lazımdır. Bu razılaşma onun üçün vacibdir".

Sözçü, həmçinin əlavə edib ki, Aİ, Fransa, Rusiya və Baydenin dövründə olan ABŞ Ermənistan və Azərbaycan arasında sülhə cəhd ediblər, lakin buna yalnız Tramp nail olub.

Dövlət Departamentinin rəsmi nümayəndəsi bəyan edib ki, Azərbaycan və Ermənistan ABŞ ilə iqtisadi sazişlər imzalayıb ki, bu da ABŞ biznesi üçün yeni imkanlar açır.


SON XƏBƏRLƏR

13 Avqust 2025