• Bakı 23° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.9406

    RUB - 2.1689

ABŞ və Çin arasında ticarət danışıqları davam edir
DÜNYA
10 Iyun 2025 | 12:13

ABŞ və Çin arasında ticarət danışıqları davam edir

ABŞ və Çin rəsmiləri bu gün Londonda ticarət danışıqlarını ikinci gün davam etdirirlər.

Bakıvaxtı.az “Reuters“ə istinadən xəbər verir ki, danışıqların əsas məqsədi nadir torpaq elementləri kimi strateji məhsullara tətbiq olunan ixrac nəzarətləri ilə bağlı ortaq məxrəcə gəlməkdir.

    İnvestorlar ümid edirlər ki, iki supergüc arasında münasibətlər yaxşılaşacaq. May ayında Cenevrədə əldə olunan ilkin ticarət razılaşması müəyyən nikbinlik yaratsa da, Vaşinqtonun Pekini avtomobil, aerokosmik sənaye, yarımkeçiricilər və müdafiə sektoru üçün həyati əhəmiyyət daşıyan məhsulların ixracını məhdudlaşdırmaqda ittiham etməsi bu ümidlərə kölgə salıb.

    Danışıqlar hər iki ölkənin iqtisadiyyatının həssas dövrə daxil olduğu bir vaxta təsadüf edir. Çindən ABŞ-a ixrac 2025-ci ilin may ayında 34,5% azalaraq, 2020-ci ilin fevralında – pandemiyanın başlanğıcından bəri – ən aşağı səviyyəyə enib.

    Tərəflər bazar ertəsi günü Londondakı Lancaster House adlı tarixi binada bir araya gələrək Cenevrə razılaşması ətrafında yaranmış fikir ayrılıqlarını müzakirə ediblər. Bu gün davam edən danışıqlardan sonra hər iki tərəfin yeni açıqlamalar verməsi gözlənilir.

    ABŞ nümayəndə heyətinə Maliyyə naziri Skott Bessent, Ticarət Katibi Hovard Lutnik və ABŞ Ticarət Nümayəndəsi Ceymison Qriir, Çin tərəfinə isə Baş nazirin müavini Xe Lifeng rəhbərlik edir.


    SON XƏBƏRLƏR

    11 Iyun 2025