Şans deyilən bir sirr varsa, açarı bu üç bürcdə gizlidir...
Bakıvaxtı.az xəbər verir ki, bəzən şans sənin ayağına gəlir. Bəzən heç gözləmədiyin anda fürsət qapını döyür. Və sən o qapını açanda, içəridə işıqlı bir dünya durur. Bu, təsadüf deyil, bəzi insanlar şanslı doğulur.
Elə insanlar var ki, uğur onların kölgəsidir. Gedirlər, uğur da onlarınla birgə addımlayır. Adımları uğurla ölçülür, baxışları imkanları görür. Astroloqlar bu sirrin izinə düşüb və üç bürcü önə çıxarıb.
Oxatan
Macəra onların nəfəsidir. Gözləri uzaqlara baxar, ürəkləri risklə döyünər. Onlar qorxmur - çünki bilir: Taleyin tərəzisi çox zaman onların tərəfində ağır gəlir. Yeni tanışlıqlar, yeni yollar, yeni uğurlar - Oxatanın gündəliyində daimi qonaqdır.
Şir
Zalım dünya, deyərlər. Amma Şir üçün bu dünya bəzən çox da zalım deyil. Onlar bilir nə istəyir. Onlar istədiyinə necə çatacağını da yaxşı bilir. Cazibəsi maqnit kimidir - uğuru çəkir. Liderlik qanlarında var. Və liderlər çox zaman şansa ehtiyac duymur. Çünki şans özü onların ətrafında fırlanır.
Əkizlər
Zəka onların silahıdır. Həyat onların oynadığı strategiya oyunudur. Onlar fürsəti gözləmir - fürsəti yaradır. Sosial bacarıqları ilə qapalı qapıları açar, ağılları ilə qaranlığı aydınlığa çevirərlər. Bir addım öndə olmaq - Əkizlər üçün adi haldır.
Bu üç bürc... Onlar yalnız ulduzların altında doğulmayıb. Onlar bəlkə də ulduzların yanında doğulub./Milli.az