"Türküstan" Media Qrupu - 11 iyun 2006-cı ildə “Türküstan” qəzetinin nəşri ilə fəaliyyətə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, 19 ildir həftədə bir dəfə nəşr olunan “Türküstan” qəzetinin xəbər siyasətinin əsas prioritetləri dünya azərbaycanlılarının həmrəyliyi, diasporunun fəaliyyətinin işıqlandırılması, Güney Azərbaycanda yaşayan soydaşların milli, mədəni haqlarının müdafiəsi, Türk ölkələri və toplumları arasında inteqrasiya prosesinə media dəstəyi verməkdir.
“Türküstan” Media Qrupuna aid olan qəzetin Turkustan.az saytı, intensiv fəaliyyətdə olan, ciddi sosial şəbəkə hesablarına malik onlayn media resursudur.
19 illik fəaliyyyəti dövründə “Türküstan” müxtəlif dövlət orqanları, yerli və xarici qurumlar tərəfindən təltif olunub, o cümlədən, 2012-ci ildə Türkiyədə TÜRKSOY-un “Türk dünyasına xidmət” media mükafatına, 2017-ci ilə Qazaxıstanda Beynəlxalq Türk Akademiyasının Media mükafatına layiq görülüb.
“Türküstan”ın layihələri 2013-ci ildən davamlı olaraq Medianın İnkişafına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənir. Əməkdaşlarla yanaşı, kənar müəlliflər də “Türküstan”ın səhifələrində davamlı çıxış edirlər.
Həmkarlarımızı əlamətdar gün münasibəti ilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.