• Bakı 21° C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Qanunsuz reklamların yayımı ilə bağlı məlumat

CƏMİYYƏT

11 Iyun 2025 | 22:15

Qanunsuz reklamların yayımı ilə bağlı məlumat

Bu ilin yanvar-aprel ayları ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar baxılmış müraciətlərin sayında 10 faizdən çox artım qeydə alınıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, qanunsuz reklamların yayımı ilə bağlı 61 müraciətə baxılıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10%-dən çox artım deməkdir. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 55 olub.

Sahələr üzrə aparılmış təhlil nəticəsində məlum olub ki, müraciətlərin böyük hissəsi - 27-si xidmət sahəsini əhatə edir. Daha sonra ticarət (11 müraciət), qeyri-qida məhsulları (8 müraciət), ictimai iaşə (3 müraciət) və digər sahələr (9 müraciət) üzrə müraciətlər qeydə alınıb. Ən az müraciət isə hər biri üzrə 1 müraciət olmaqla dərman vasitələri və tibbi avadanlıqlar, qida və tütün məmulatları üzrə daxil olub.


SON XƏBƏRLƏR

12 Iyun 2025