Ağdamda polis 5 ton yabanı çətənə kolu aşkarlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində işğldan azad olunmuş Cinli və Xaçındərbənd kəndlərinin ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Ümumi çəkisi 5 ton olan 3000-ə yaxın çətənə kolu yandırılaraq məhv edilib.