• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Lənkəranda ağır qəza - 5 yaralı
HADİSƏ
19 Iyun 2025 | 16:17

Lənkəranda ağır qəza - 5 yaralı

Lənkəranda avtomobil aşıb, 5 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının 165 km-də baş verib.

Belə ki, 1976-cı il təvəllüdlü Fəxrəddin Şəmsəli oğlu Mirzəyev idarə etdiyi "Toyota Prado" markalı avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən sükanı nəzarətdən çıxıb və avtomobil aşıb.

Qəza nəticəsində sürücünün ailə üzvləri və yaxın qohumları 1980-cı il təvəllüdlü Yeganə Vəlihəd qızı Alişanova( həyat yoldaşı), 2003-cü il təvəllüdlü Afət Fəxrəddin qızı Mirzəyeva(qızı), 2005-ci il təvəllüdlü Fəxriyyə Fəxrəddin qızı Mirzəyeva(qızı), 1966-cı il təvəllüdlü Tahirə Vəlihəd qızı Alişanova(baldızı) və azyaşlı 2012-ci il təvəllüdlü A.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasınına çatdırılıblar.

Xəsarət alanlardan Yeganə Alişanova cərrahiyyə şöbəsinə yerləşdirilib. Digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.

Məlumata görə, sürücü bildirib ki, ailə isə Lerik rayonuna toy məclisinə gedirmişlər. Qəzaya sürücünün yuxulaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR