• Bakı 23° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Ağdamda lift və eskalator istehsalı müəssisəsi yaradılacaq
İQTİSADİYYAT
08 Iyul 2025 | 15:40

Ağdamda lift və eskalator istehsalı müəssisəsi yaradılacaq

Ağdam Sənaye Parkında lift və eskalator istehsalı müəssisəsi yaradılacaq.

Bu barədə Bakıvaxtı.az-a İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan-Çin birgə kapitallı “Fujiai Azerbaijan” MMC-yə Agentliyin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib. Yeni rezident tərəfindən Sənaye Parkının 1 hektar ərazisində lift istehsalı müəssisəsi yaradılacaq. Layihənin investisiya dəyəri 3,7 milyon manatdır.

Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 1 200 ədəd lift istehsalı nəzərdə tutulur. Növbəti mərhələ şirkət tərəfindən Sənaye Parkında eskalator istehsalı layihəsinin də həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ağdam Sənaye Parkında hazırda investisiya portfeli 270 milyon manat olan 29 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.


SON XƏBƏRLƏR