"Prezident Donald Trampla ədalətli ticarət razılaşması əldə olunmasa, Avropa İttifaqı ABŞ-yə qarşı əks tədbirlər görməyə hazırdır".
Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Lars Klinqbeyl deyib.
Almaniyalı nazir ədalətli ticarət razılaşması olmaması fonunda Trampı əks tədbirlərlə hədələyib:
"Biz amerikalılarla razılaşma istəyirik, amma razılaşma ədalətli olmalıdır. Əgər ABŞ ilə ədalətli razılaşma əldə edə bilməsək, Aİ iqtisadiyyatımızı qorumaq üçün əks tədbirlər görməlidir".
Klinqbeylin sözlərinə görə, ticarət müharibəsi hər iki tərəf üçün zərərlidir və mümkün qədər tez dayandırılmalıdır.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə üçün idxal rüsumlarının yeni sistemini tətbiq edib.
Gülşən Şərif