İngiltərə Premyer Liqasında XXIII turun oyunları davam edir.
Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçında "Brentford" öz meydanında "Nottingem Forest"i qəbul edib.
Qonaqlar rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.
Turun mərkəzi qarşılaşması isə Londonda baş tutub. Lider "Arsenal" "Mançester Yunayted"i sınağa çəkib. Gərgin keçən görüşdə azarkeşlər 5 qola şahidlik ediblər. "Topçular" rəqibinə 2:3 hesabı ilə məğlub olub.
Bakı 












