• Bakı 15° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Azərbaycan I Liqasının qalibi mükafatlandırılıb
İDMAN
15 May 2025 | 18:37

Azərbaycan I Liqasının qalibi mükafatlandırılıb

Futbol üzrə Azərbaycan I Liqasının qalibi olan "Qəbələ" klubu mükafatlandırılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, tədbir XXVI turda "Zaqatala" ilə oyundan (4:0) sonra Qəbələ şəhər stadionunda gerçəkləşib.

İlk olaraq oyunçulara medallar təqdim edilib. Ardınca komandaya kubok verilib.

Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

Qeyd edək ki, "Qəbələ" cari mövsümün başa çatmasına 1 tur qalmış 64 xalla turnir cədvəlinə başçılıq edir.


SON XƏBƏRLƏR