• Bakı C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Azərbaycan Prezidenti Davosda ÜST-nin Baş direktoru ilə görüşüb - FOTO
SİYASƏT
19 Yanvar 2026 | 20:41

Azərbaycan Prezidenti Davosda ÜST-nin Baş direktoru ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 19-da Davosda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Tedros Adhanom Qebreyesusun əvvəlki görüşləri məmnunluqla xatırlanıb.

Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, ölkənin təşkilatın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi layihələrə dəstəyi qeyd edilib. Bu xüsusda, COVID-19 pandemiyası zamanı Azərbaycanın bir sıra ölkələrə könüllü maliyyə yardımı göstərməsi xüsusi olaraq vurğulanıb.

Görüşdə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR