FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, siyahıda maraqlı dəyişikliklər baş verib. Afrika Millətlər Kubokuna ev sahibliyi edən Mərakeş millisi finalda məğlub olmasına baxmayaraq 3 pillə irəliləyərək 11-ci yerdən 8-ci sıraya yüksəlib və ilk onluğa daxil olub.
Siyahıya İspaniya millisi başçılıq edir. İlk 10-luqda digər yerləri müvafiq olaraq Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Mərakeş, Belçika və Almaniya tutur.
Xorvatiya yığması mövqeyini itirərək 11-ci sıraya geriləyib. Afrika çempionu Seneqal millisi isə 7 pilləlik sıçrayışla 12-ci yerə yüksəlib. 127-ci pillədə yer alan Azərbaycan yığmasının mövqeyi isə dəyişməz olaraq qalıb.
Qeyd edək ki, FİFA reytinq cədvəlini növbəti dəfə aprelin 1-də yeniləyəcək
Bakı 












