• Bakı C

    9.88 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Beşiktaş son dəqiqə qolu ilə qələbə qazandı
İDMAN
20 Yanvar 2026 | 00:10

"Beşiktaş" son dəqiqə qolu ilə qələbə qazandı

Türkiyə Superliqasının XVIII turunda "Beşiktaş" qələbə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, "Tüpraş" stadionunda "Kayserispor"la qarşılaşan "ağ-qaralar" 1:0 hesabı ilə qalib gəliblər.

Qolu 90+5-ci dəqiqədə El-Bilal Ture qonaqların qapısına vurub.

Bu qələbə sayəsində Sərgən Yalçının rəhbərlik etdiyi kollektiv Superliqadakı xallarının sayını 32-yə çatdırıb və komanda hazırda beşinci sıradadır.

Qeyd edək ki, turnir cədvəlinə 43 xalı olan "Qalatasaray" rəhbərlik edir. 42 xala malik "Fənərbağça" ikinci, 38 xalı olan "Trabzonspor" üçüncüdür.


SON XƏBƏRLƏR

19 Yanvar 2026