• Bakı C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Taksi kartı haradan alınıbsa, sürücü yalnız orada işləyəcək? - VİDEO
CƏMİYYƏT
20 Yanvar 2026 | 00:50

Taksi kartı haradan alınıbsa, sürücü yalnız orada işləyəcək? - VİDEO

Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alınırsa, sürücü yalnız həmin yərdə işləyə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.

Sürücülər deyirlər ki, artıq xeyli müddətdir yalnız paytaxt ərazisindən sifariş alırlar.

Bəzi sürücülərin fikrincə, digər rayon və şəhərlərdən buraxılış kartı alanların ancaq həmin ərazilərdə işləyə bilmələri taksi sayına da təsir edir.

Bəzi sürücülər isə hələlik belə qaydanın tətbiqindən xəbəsizdirlər.

Məsələ ilə bağlı "Bolt" və "Yango" taksi şirkətlərindən bildirilib ki, qərardan xəbərdardırlar. Bu qərar çərçivəsində onun icra üsulları müzakirə olunur.

Daha ətraflı "Xəzər" TV-nin videomaterialında:


SON XƏBƏRLƏR

19 Yanvar 2026