"Müstəqil Azərbaycanla güclü münasibətlər qurmalıyıq. Biz onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Həmçinin, bu il uzun müddətdən sonra ilk dəfə Ermənistanla əlaqələri bərpa etdik. Bu, bizə kömək edəcək. Mən Moldovanın Müstəqillik Gününə dəvət olunmuşdum. Bu cür münasibətləri qorumaq bizim üçün çox vacibdir və mən onları qurduğumuz üçün fəxr edirəm", - deyə o qeyd edib.
Bakı 











