• Bakı C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Azərbaycanla Monteneqro arasında birbaşa uçuşlar təşkil oluna bilər
SİYASƏT
20 Dekabr 2025 | 14:37

Azərbaycanla Monteneqro arasında birbaşa uçuşlar təşkil oluna bilər

Azərbaycanla Monteneqro arasında daimi birbaşa uçuşların açılması təklif edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Monteneqro baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycandan ölkəsinə səfər edən turistlərin sayında artım müşahidə olunur:

"Biz Azərbaycandan olan turistlərə yaxşı şərait təklif edirik. Yaxşı olardı ki, iki ölkə arasındakı uçuşlar mövsümi deyil, daimi həyata keçirilsin. Xalqlarımız ölkələrimizin potensiallarını yaxşı tanımalıdır. Ona görə də daimi hava nəqliyyatı vacibdir".


SON XƏBƏRLƏR

19 Dekabr 2025