• Bakı C

    6.19 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu
CƏMİYYƏT
20 Dekabr 2025 | 15:33

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

İş adamı Məzahir Hüseynova məxsus milyonluq mülklər müsadirə olunub.

Bakıvaxtı.az Teleqraf.az-a istinadla xəbər verir ki, söhbət İsmayıllı rayonu Ticran kəndində yerləşən beş müxtəlif ictimai-iaşə obyektindən gedir.

Bunların sırasına "Zəngəzur Harmony" hoteli də daxildir. Üçmərtəbəli sözügedən hotelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib.

İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti isə 800 min manat civarındadır.

Hərrac gələn il yanvarın 8-də keçiriləcək.


SON XƏBƏRLƏR

19 Dekabr 2025